Seçkidə 16 mindən çox namizəd mübarizə aparacaq
M.Pənahov, həmçinin deyib ki, bələdiyyə seçkilərinə görə 25685 yerli müşahidəçi qeydiyyatdan keçib.
***
MSK-nın sədr müavini Rövzət Qasımov əlavə edib ki, təşviqat prosesi üçün 5912 görüş yeri müəyyənləşib:
“Ödənişli təşviqatla bağlı MSK bütün media subyektlərinə müraciət edib. 20 media qurumu prosesə qoşulmaqla bağlı MSK-ya müraciət edib”.
***
MSK sədri Məzahir Pənahov bildirib ki, bu seçkidə namizədlər üçün ayrılmış görüş yerlərinin sayı parlament seçkilərində olandan çoxdur.“Seçkiqabağı təşviqat həyata keçirilən zaman məcəllənin tələbləri pozulmamalıdır. Biz diqqətli olmalıyıq. Yerlərdə polis və məhkəmələrin fəaliyyəti gecikdirilməməlidir. Artıq bizə iki şikayət daxil olub. Məhkəmələrdə müraciətlərlə bağlı qərar tez verilməlidir ki, biz bərpa olunub-olunmayacağını bilək”.
Qeyd edək ki, bu bələdiyyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 üzv seçiləcək.