lider-media.az

“Avropanın Rusiya qazından imtinasi Azərbaycan qazının imkanlarıni genişləndirir” - Politoloq

Baxış: 183 Tarix: 4-01-2025, 23:48

“Ukrayna Rusiya qazının Mərkəzi Avropaya tranzitindən imtina etməsi, Kremlin böyük bazar itirməsinə səbəb oldu. Bununla da Rusiyanın Avropaya qaz ixracına son qoyuldu. Rusiya milyardlarla dollar vəsait itirdi. Bu, Rusiyanın valyuta ehtiyatlarının tükənməsinə gətirib çıxaracaq”. 

Lider-media.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 
„Avropa Rusiyanın Qərb banklarında vəsaitini bloklayib. Bir tərəfdən  qaz alışını dayandırdı. Sanksiyaları da genişləndirir. Məhz ABŞ əsas strateji hədəfi Avropani Rusiya qazından asılılığına son qoymaq idi. 

Rusiya Türkiyə vasitəsilə çalışacaq ki, öz qaz ixracını həyata keçirsin. Avropa İttifaqı müəyyən dərəcədə buna yaşıl işıq yandıra bilər. Amma, ABŞ-ın  burada siyasəti Trampın verəcəyi qərardan aslıdır. 

Avropa Rusiya qazından imtina etməklə,  öz enerji müstəqilliyini də təmin etmiş oldu. Demək olar ki, Rusiya və Avropa arasında dərin uçurum yaranmasına gətirib çıxardı. Ukraynanın belə bir qərar qəbul etməsi Vasinqton və Londondan verilən təlimatlar əsasında həyata keçirildi. 

Rusiya çalışacaq ki, Türkiyə və Azərbaycan vasitəsilə qaz nəqlini reallaşdırsın. Amma, Azərbaycanin texniki imkanları milyardlarla kubmetr Rusiya qazını daşınmasına imkan vermir. Azərbaycan Rusiya qazının alışına getməsi riskilidir. Qərb Azərbaycan qazına sanksiyalar tətbiq edə bilər. 

Azərbaycan üçün Avropanin qaz bazarında  unikal şərait yaranib. Vaxtı ilə "Qazprom" İtaliyada TAP qaz boru kəmərinin çəkilməsinin qarşısını almaq üçün " ekofəalllardan" istifadə edirdi. Rusiya daima Azərbaycan qazının Avropaya ixracına qısqanclıqla yanaşırdı. Artiq Rusiyanın qazına blok qoyuldu“.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi