lider-media.az

Dayanma “Stop” açarının sıxılması səbəbindən baş verib

Tarix: 4-01-2025, 17:39



     

3 yanvar 2025-ci il tarixində saat 19:25-də “Xətai” stansiyasında sərnişinin eskalatorun “Stop” açarını sıxması nəticəsində eskalator dayanmış və qarşısında sıxlıq yaranmışdır.Hadisə ilə bağlı videogörüntülər sosial mediada geniş yayılmış və müzakirələrə səbəb olmuşdur.

 Lider-Media.az Bakı Metropoliteninə istinadən xəbər verir ki, eskalatorun dayanması səbəbini müəyyən etmək məqsədilə dərhal idarəetmə panelinə baxış keçirilmişdir. Baxış nəticəsində texniki problem olmadığı, dayanmanın “Stop” açarının sıxılması səbəbindən baş verdiyi müəyyən edilmişdir. Daha sonra eskalatorun fəaliyyəti bərpa olunmuşdur. Qeyd edilməlidir ki, “Stop” açarı fövqəladə hallarda, təcili və təxirəsalınmaz zərurət olduqda, eskalatorun dayandırılmasını təmin edir.Hadisə ilə bağlı müvafiq araşdırmaların aparılması və tədbirlərin görülməsi üçün Bakı Metropolitenində Polis İdarəsinə müraciət edilmişdir. Xatırladırıq ki, “Stop” düyməsinin əsassız sıxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə uyğun olaraq məsuliyyət yaradır.

 

Qurum sərnişinlərdən rica edir ki, eskalatorlarda təhlükəsizlik, istifadə qaydalarına və tələblərinə zidd olan hallara yol verməsinlər, uşaqlara nəzarət etsinlər. Eskalatordan düzgün istifadə olunmazsa, bu, sərnişin təhlükəsizliyinə ciddi təhlükə mənbəyinə çevrilə bilər. Bir sərnişinin yanlışlığı onun özünün, eləcə də ətrafında olan digər sərnişinlərin narahatlığını, xəsarət almasını və digər bədbəxt hadisələrin baş verməsini qaçılmaz edə bilər.
İdarə həmçinin bildirir ki, eskalatora tullantı atmaq, sürahini çıxarmaq və onun üstünə əşya qoymaq İnzibati Xətalar Məcəlləsinə görə müvafiq qaydada məsuliyyət yaradır.
Hər kəsi qaydalara əməl etməyə və Bakı metropoliteninin fasiləsiz fəaliyyətinə mane ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi