lider-media.az

Azərbaycan Tehranda səfirini təhlükəsizlik səbəbindən geri çağırmalıdır..

Baxış: 212 Tarix: 2-01-2025, 23:47

“İranın Ali dini rəhbərə bağlı rəsmilərin və qrumların anti-Azərbaycan açıqlamaları iki ölkə arasında yeni siyasi böhrana gətirib çıxarır. Ərdəbilin İmam Cümləsi H.Amuli və SEPAH bağlı BƏSİC qüvvələri Azərbaycanı açıq hədəfə alıblar. Ərdəbil də Azərbaycan və Türkiyəni hədəf alan şüarlar birbaşa hakim dairələr tərəfindən kordinasiya edilir”. 

Lider-media.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Azərbaycanın Tehranda səfirliyinə terror hayata keçirən BƏSİC üzvüdür. Azərbaycanın Türkiyə ilə kordinasiyalı siyasəti və Suriyada ikitərəfli əməkdaşlığı Tehranı "özündən" çıxarıb. Məhz Azərbaycanı İranda  hədəfə gətirən SEPAH-di. 

SEPAH -dan Ali dini rəhbər S. Xamenei tabedir. Məhz İranın azərbaycanlı  prezidentinin Azərbaycana səfərinə  prezident İlham Əliyevlə görüşünə SEPAH mane olur. İran Azərbaycana qarşı düşmənçilik fəaliyyətini yenidən açıq  şəkildə davam etdirir. Azərbaycan Tehranda səfirliyini müvəqqəti bağlamalı və diplomatlar təhlükəsizlik səbəbinə görə Bakıya geri dönməlidir. İranın aqressiv siyasəti hər keçən gün inkişaf edir. İranın ölkəmizdə müvəqqəti işlər vəkilinə çağırıb etiraz bildirmək Tehran üçün sıradan bir məsələdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi