Vətən müharibəsində Xalq, ordu və Ali Baş Komandanın birgə mübarizəsi qələbəni şərtləndirən əsas amil oldu. Şəhidlik məqamına yüksələn oğullarımız bizim şərəf və qürur mənbəyimizdir. Onların bu qəhrəmanlıqları əbədi olaraq xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillərə bir örnək olacaqdır. Xalqımız bu oğullarımız ilə fəxr edir. Şəhid Abbasov Elşən Qurban oğlu 1992-ci il dekabrın 30-da Beyləqan rayonunun Birinci Şahsevən kəndində sadə, zəhmətkeş kəndli ailəsində dünyaya gəlib.
Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılan Elşənin tuşlayıcı-operatoru olduğu "BTR-82" zirehli döyüş maşını 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində Qorqan kəndi uğrunda gedən döyüşlərdə faqotla vurulmuş və qəhrəmanımız şəhidlik zirvəsinə ucalmışdır. O, sentyabrın 29-da doğulduğu Birinci Şahsevən kəndində torpağa tapşırılmışdır.
Şəhidimiz ailəli idi,NarıncvəAsiyaadlı iki qız övladı var.Elşən Abbasov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra dövlət başçısı tərəfindən"Vətən uğrunda"və"Cəsur döyüşçü"medalları ilə təltif edilib. Şəhidimizin adına atasıQurbankişi həmin küçədə yaşayan kənd sakinlərinin içməli su problemini həll etmək üçün bulaq tikdirib.