lider-media.az

Deputat: Səmalarda əbədi yaşayan səs: "Hər şey yaxşı olacaq"

Tarix: 30-12-2024, 16:32

Dövlət başçısı İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.
Təyyarənin ekipaj üzvlərindən Aydan Rəhimli isə Azərbaycan Respublikası Prezidenti tərəfindən 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Bununla da, Aydan bu yüksək ordenlə təltif olunan ilk Azərbaycan qadını olaraq tarixə düşüb.
Hökümə Əliyeva isə 32 ildən sonra “Milli Qəhrəman” fəxri adı ilə təltif olunan ilk Azərbaycan qadınıdır. Bunadək birinci Qarabağ müharibəsi dönəmində şəhid jurnalist Salatın Əsgərova və şəhid hərbi tibb bacısı Gültəkin Əsgərova bu fəxri ada layiq görülmüşdü. Allah hər birinə rəhmət eləsin!
25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən ekipaj üzvü Hökumə Əliyeva xidməti vəzifəsini layiqincə yerinə yetirərək, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərib və özü isə baş verən partlayışda həlak olub.
Hökumə Əliyeva son ana qədər vəzifə borcunu yerinə yetirərək, sərnişinlərin təhlükəsizliyi üçün əlindən gələni edib. Hökumə Azərbaycan xalqının yaddaşında əsl fədakarlıq simvolu kimi qalacaq, onun şücaəti, təmkinliliyi, peşəkarlığı, güclü xarakteri qadınlara ilham olacaqdır.
Cənab Prezident pilotlar və ekipaj üzvləri haqqında bildirmişdi ki, onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. O, xüsusilə qadın ekipaj üzvlərinin fədakarlığını yüksək qiymətləndirdiyini bildirmişdir. Onlar özləri də stres vəziyyətində olmalarına baxmayaraq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün böyük iradə nümayiş etdirmişdir.
Bu gün ailələrinə qovuşan yaralılar sevinc yaşayır və bu sevinc yaşansın deyə İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyeva əsl insanlıq və peşəkarlıq dərsini keçib qəlblərə əbədi yazıldılar.
Çarəsizlik içində böyük qəhrəmanlıq göstərən, öz ölümləri bahasına insanların həyatını xilas edən ekipaj üzvləri ilə bugün bütün Azərbaycan xalqı fəxr edir!
Hökumə Əliyeva yalnız öz dövründəki qadınlar üçün deyil, gələcək nəsillər üçün də əsl ilham mənbəyi olacaqdır.
Səmalarda əbədi yaşayan səs: "Hər şey yaxşı olacaq" - demişdi Hökümə Əliyeva.
Əsl Azərbaycan xanımı, sənin qarşında baş əyirik. Məkanın cənnət olsun!
Pərvanə Vəliyeva.
Milli Məclisin üzvü.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi