Mətbuat Şurasında keçirilən tədbirdə MŞ-nın sədri Rəşad Məcid, MŞ -nın İdarə Heyətinin üzvləri Səadət Məmmədova, Rey Kərimoğlu və Bəhruz Məmmədzadə, APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı, “ASELSAN Bakü” şirkətinin baş direktorunun müşaviri Yaşar İmanov, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin və “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının təşkilat komitəsinin sədri Ayaz Mirzəyev, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və Rəşad Süleymanovun ailə üzvləri iştirak ediblər.
Tədbirin əvvəlində Vətən uğrunda canından keçən şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra qonaqları salamlayan Mətbuat Şurasının sədri Rəşad Məcid tədbiri giriş sözü ilə açıb. Sədr mükafatlandırılan media nümayəndələrini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Mərhum hərbi jurnalistlə bağlı xatirələrini bölüşən R.Məcid, Rəşad Süleymanovun Vətənini sevən peşəkar jurnalist olduğunu vurğulayıb.
“Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatı ilə bağlı danışan “Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov bu barədə tədbir iştirakçılarına məlumat verib. Z.Babaşov bildirib ki, gələcəkdə, “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının beynəlxalq mükafat standartları səviyyəsinə yüksəldilməsi planlaşdırılır.
Tədbirdə çıxış edənlər Rəşad Süleymanovla bağlı xatirələrini bölüşərək mərhum jurnalistin vətənpərvərliyindən, hərbi jurnalistika sahəsindəki fəaliyyətlərindən, Azərbaycan müdafiə sənayesinin beynəlxalq arenada tanıdılmasındakı rolundan danışıblar.
Çıxışların ardından hərbi jurnalist Anar Şuşalı tərəfindən hazırlanan “Rəşad xatirələrdə” sənədli filmi nümayiş olunub.
Daha sonra qalib olan media nümayəndələrinə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və Fəxri Diplom təqdim edilib.
“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatına layiq görülüb:
Jurnalist Heydər Mirzə – İctimai TV-nin əməkdaşı;
Jurnalist Teymur Zahidoğlu – ARB TV-nin əməkdaşı;
Jurnalist Vəfa Ağabalayeva – Real TV-nin əməkdaşı;
Jurnalist Tahir Ağaməmmədov – AZƏRTAC-ın Qarabağ bölgəsi üzrə müxbiri;
Jurnalist Elgün Gəncimsoy – APA İnformasiya Agentliyinin bölgə müxbiri;
Operator İlkin Mehdiyev – “AnewZ” Yayım və Media İstehsalat Şirkətinin əməkdaşı.
“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı əsasında təsis edilən fəxri diploma layiq görülüb:
Jurnalist Turqut Bayramov – AzTV Xüsusi Layihələr Studiyasının redaktoru;
Jurnalist Fəqan Muxtar – Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin əməkdaşı;
Jurnalist Daşqın Abdullayev – “Report” İnformasiya Agentliyinin əməkdaşı;
Jurnalist Seymur Əliyev – Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, Moderator.az xəbər portalının əməkdaşı;
Jurnalist Vəfa Şəhlayi – ATV-nin əməkdaşı;
Jurnalist Rahim Mirzəcan – Naxçıvan TV-nin bölgə üzrə redaktoru;
Operator Şamo İsmayılov – ARB24 TV-nin əməkdaşı.
Azərbaycanın region və dost ölkələr ilə müdafiə sənayesi əlaqələrinə böyük töhfələr vermiş Rəşad Süleymanovun adına təsis edilmiş media mükafatına “ASELSAN Bakü” şirkəti təşkilati dəstək göstərib. Eyni zamanda, “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının laureatlarına “ASELSAN Bakü” şirkəti tərəfindən hədiyyələr verilib.
Qeyd edək ki, bu mükafatın məqsədi hərbi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə, onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, hərbi jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.

Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb