lider-media.az

Qazaxıstan qara qutunun şifrəsini aça bimədi

Baxış: 319 Tarix: 30-12-2024, 09:06

Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutuları şifrənin açılması üçün Braziliyaya göndəriləcək.
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilir ki, Çikaqo Konvensiyasına əsasən, təyyarə qəzasını araşdırarkən, uçuş qeydlərini oxuyub deşifrə edəcək ölkəni dövlət özü müəyyən edir.

Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Azərbaycan və Rusiyanın aviasiya orqanlarının tövsiyələrinə uyğun olaraq, Qazaxıstan Nəqliyyat Nazirliyi qara qutuların Braziliya Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzinə göndərilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Braziliya dekabrın 25-də Aktauda qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır. (publika)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi