lider-media.az

Qobuda şəhid ailələri və veteranların iştirakı ilə tədbir keçirilib

Baxış: 67 Tarix: 30-12-2024, 08:54

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Abşeron rayon Qobu qəsəbəsindəki Sənətkarlıq Evində tədbir keçirilib. 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qəsəbə nümayəndəliyi və qəsəbə Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə baş tutan mərasimə şəhid ailələri və qazilər, qəsəbə ağsaqqalları, icra nümayəndəliyi və bələdiyyə, eyni zamanda ictimai fəalların nümayəndələri iştirak edib.

Çıxışlarda Ulu Öndər tərəfindən təsis olunmuş 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün siyasi, tarixi, dini və mənəvi dəyərinin əhəmiyyətindən, bu sahədə ötən müddət ərzində Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən və  Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultaylarından ətraflı bəhs olunub.

Tədbirdə həmçinin vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız qüdrətli və müstəqil Azərbaycanla haqlı olaraq fəxr edirlər. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mənfur düşməni doğma torpaqlarımızdan qovmuş bir xalqın övladı kimi fəxr edir, qürur hissi keçirir.

Tədbirdə İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik mahnıları səslənib, məktəblilərin söylədikləri şeirlər alqışlarla qarşılanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi