Politoloq: “Tramp Putinlə eyni siyasi düşüncəyə malik liderdir”
“ABŞ yeni seçilmiş prezidenti D. Trampın Ukrayna üzrə planını V. Putin qəbul etməyib. Çünki bu plan Ukraynanın ərazi bütövlüyünü özündə ehtiva edir. Rusiya atəşkəsi qəbul etmir və müharibənin davam etdirilməsində maraqlıdır”.
Lider-media.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Çünki, Rusiyanın əsas planı Ukraynada qalib gəlmək və Şərqi Avropadan NATO çıxarmaq, Qara Dəniz periferyasında əsas söz sahibi olmaqdır. V. Putin D. Trampla ona görə görüşməkdə maraqlıdır ki, Rusiyanın təsir dairəsini onun diqqətinə çatdırsın və Ukrayna siyasətindən Vaşinqton geri çəkilməsini əsaslandırsın.
Qeyd edim ki, ABŞ Rusiya kimi dövlət sisteminə malik olsaydı, D. Tramp V. Putinə razılaşardı. Necə ki, D. Tramp dünya siyasi nizamına çıxaraq Kanada və Panamani suverenliyini, müstəqilliyini təhdid edir. D. Tramp V. Putin kimi eyni siyasi düşüncəyə malikdir. Qonşu ölkələrin müstəqilliyini qəbul etmir. Təbii ki, ABŞ-ı. müstəqil, güclü idarəetmə sistemi D. Trampı avantüraya getməyə imkan verməz. Ona görə də D. Tramp və V. Putin görüşü Ukrayna böhranını danışıqlar yolu ilə həll etmək perspektivi yoxdur. Yalnız bir tərəf güzəştə getməlidir. Tərəflərin birinin güzəştə getməsi isə, məğlub olması deməkdir.
Artıq D. Trampda V. Putinin Ukrayna siyasətində güzəştə getməyəcəyinin fərqindədir. Ona görə D.Trampın Ukraynaya hərbi yardımları artırması üçün müşavirləri təlimatlar verəcək və döyüş meydanında Rusiyanı güzəştə məcbur siyasətinə üstünlük verməsi mümkündür.
D. Tramp elan edirdi ki, əsas hədəfi İrandır. Yaxın Şərqdə İranın geosiyasi mövqeyi zəifləyib. C. Bayden adminstrasiyası D. Trampın İrana üstünlük verəcəyi və Ukraynanı arxa planda saxlayacagından narahat idi. Ona görə də İranın proksi qüvvələri sıradan çıxarılır və İran küncə sıxılır. D. Tramp üçün ən başlıca siyasət Ukrayna müharibəsi saxlanılır”.