Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
1. 1 saylı Şərur–Sədərək seçki dairəsi dairə seçki komissiyasının üzvləri Zaman Əyyub oğlu Abbasov və Polad Əhəd oğlu Rzazadənin, 3 saylı Babək– Şahbuz–Kəngərli seçki dairəsi dairə seçki komissiyasının üzvü Nazim Məmməd oğlu Piriyevin, 7 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının üzvü Zaur Xaləddin oğlu Bayramovun, 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Hafiz Mürsəl oğlu Eminovun, 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Sənan Ağa Həsən oğlu Cəfərovun, 47 saylı Sumqayıt–Abşeron–Qaradağ seçki dairəsi dairə seçki komissiyasının üzvü Vüqar Yusif oğlu Salmanovun, 56 saylı Şabran–Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının üzvü Kamalə Cəbrayıl qızı Muradəlizadənin, 72 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyasının üzvləri Adışirin Barat oğlu Kazımov və Salman Zabitxan oğlu Quliyevin, 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının üzvü Davud Əvəz oğlu Zülfüqarovun, 86 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının üzvü İlham Çoban oğlu Qurbanovun, 95 saylı Zərdab–Kürdəmir–Ucar seçki dairəsi dairə seçki komissiyasının üzvü Esmira Müşfiq qızı Səmədovanın, 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının üzvü Samir Ramiq oğlu Əliyevin səlahiyyətlərinə 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilsin.
2. Novruz Qəribağa oğlu Əhmədov 46 saylı Sumqayıt beşinci, Mətanət Əhmədağa qızı Səfərova 51 saylı Şirvan, Samir Əliyar oğlu Ağayev 66 saylı Saatlı, Alim Əlifağa oğlu Hüseynov 68 saylı Sabirabad–Şirvan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
3. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yekunları elan olunanadək Səxavət Ağazər oğlu Ataşov 8 saylı Binəqədi birinci, Xəzər Əlövsət oğlu Qəzənfərli 20 saylı Nərimanov ikinci, Samir Sabir oğlu Quliyev 72 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
4. Tural Taleh oğlu Abdullayev 51 saylı Şirvan, Pəhlivan Xəlilağa oğlu Xəlilov 66 saylı Saatlı, Rizvan Oruc oğlu Mikayılov 112 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov