lider-media.az

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edildi

Baxış: 118 Tarix: 29-12-2024, 13:47

dunya-azerbaycanlilarinin-hemreyliyi-gunu-munasibetile-muraciet-edildi

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.Parlamentin bu gün keçirilən iclasında gündəlikdə “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” məsələ yer alıb. 

Müraciəti deputat Samir Vəliyev oxuyub. 

“Sayına və intellektual potensialına görə dünyanın böyk millətləri ilə bir sırada dayanmağa haqqı çatan qüdrətli Azərbaycan xalqının milli-mənəvi bütövləşməyə çağırış günü münasibətilə hər birinizi səmimi qəlbdən salamlayırıq. Tariximizə və mədəniyyətimizə dərin kök salmış Həmrəylik günü dil, əqidə birliyimizin rəmzinə çevrilib. Biz bu günü qeyd edərkən xalqımızın əsrlər boyu yaratdığı milli dəyərlərə sadiqliyimizi, onları daha da artıraraq gələcək nəsillərə ötürmək əzmində olduğumuzu ifadə edirik”, - deyə müraciət mətnində qeyd olunub.

Müraciət səsə qoyularaq qəbul edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi