lider-media.az

Xuraman Qasımova: “Qarabağ möcüzəli torpaqdır”

Baxış: 565 Tarix: 29-12-2024, 11:16

İşğaldan azad edilmiş torpaqlarımıza qayıdış Azərbaycanın hər bir vətənpərvər ziyalısının qəlbində sevinc və qürur hissi doğurur.

Lider-media.az xəbər verir ki, bunu Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli opera müğənnisi Xuraman Qasımova Böyük Qayıdışın əhəmiyyəti haqqında fikirlərini bölüşərkən deyib. O, Qarabağın möcüzəli torpaq olduğunu, orada yenə Natəvanlar, Üzeyir Hacıbəyovlar, Bülbüllər yaranacağına əminliyini bildirib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xuraman Qasımova ilə müsahibədən hazırlanmış videoçarxı təqdim edirik. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi