lider-media.az

Cənubi Koreyada qəzaya uğrayan “Boeing 737” sərnişin təyyarəsində 179 nəfər ölüb

Baxış: 44 Tarix: 29-12-2024, 09:26

08:18

Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə nəticəsində 85 nəfər həlak olub.

“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən hava gəmisi eniş etdikdən sonra uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

Təyyarənin göyərtəsində 175 sərnişin (2-si tailandlı, 173-ü koreyalı) və 6 heyət üzvü olub.

07:27

Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində ölənlərin sayı 47-ə çatıb.

 Cənubi Koreya mediasına istinadla xəbər verir ki, “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb.

Təyyarənin göyərtəsində 173 koreyalı, 2 Tailand vətəndaşı olub.

06:07

Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb.

 Cənubi Koreya mediasına istinadla xəbər verir ki, “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb. Nəticədə yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub. İlkin ehtimala görə qəzaya səbəb şassi problemi olub.

Hadisə yerinə gələn xilasediclər 2 nəfəri sağ çıxarıblar. Hazırda axtarış-xilasetmə işləri davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi