lider-media.az

“Təl-Əvivin yekun hədəfi məhz İrandır” Politoloqdan ilginc açıqlama

Baxış: 143 Tarix: 28-12-2024, 23:54

“İranın müdafiə naziri general-mayor Əziz Nəsirzadə ordunun genişmiqyaslı hərbi təlimlərə başladığını açıqlayıb. Müxtəlif mənbələr təlimlərdə bütün növ quru qoşunlarının iştirak edəcəyini yazır”. 

Lider-media.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib. 

“Aydındır ki, təlimlər Ə.Nəsirzadənin də “düşmən” adlandırdığı İsrailə cavabdır. Təl-Əviv son zamanlar Tehrana çox ciddi zərbələr vurub. Söhbət İran proksiləri olan “Hizbullah” və HƏMAS-dan gedir. Vəziyyət o həddə çatıb ki, proksilərlə Tehranın arası açılıb. Bundan başqa, Suriyada Əsəd rejiminin devrilməsi də Tehranın Yaxın Şərq dayaqlarından birini itirməsi deməkdir.

İsrail son günlər Yəməndə husilərə aviazərbələr endirir. Quru əməliyyatlarından hələlik bəhs edilmir, lakin zərurət yarancağı təqdirdə bu da istisna deyil.

İsrail faktiki olaraq ABŞ Prezidenti Donald Trampın vəzifə səlahiyyətlərini icra etməyə başlamasını gözləyir. Bu vaxta qədər isə İran proksilərini gücdən salmağa çalışır. Aydın məsələdir ki, Təl-Əvivin yekun hədəfi məhz İrandır. Trampın vəzifəyə başlaması fonunda Təl-Əviv də Tehranı provokasiyaya çəkmək üçün əlindən gələni edəcək.

İran indiki məqamda İsraillə, həmçinin Təl-Əvivin yaratmaq istədiyi koalisiyaya qarşı müharibəyə hazır olduğunu göstərmək istəyir”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi