lider-media.az

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

Baxış: 275 Tarix: 28-12-2024, 21:08

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumatda bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Belə ki, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabr ayında ümumi çəkisi 19 kiloqram 825 qram narkotik vasitə (19 kiloqram 800 qram marixuana, 25 qram tiryək) aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi