lider-media.az

“İstintaqın yekun rəyi təyyarə qəzası ilə bağlı bütün müəmmalara aydınlıq gətirəcək” Cəlil Xəlilov: “Əminəm ki, xalqımız öz liderinin rəhbərliyi altında bu sınaqdan da əzmlə çıxacaq”

Tarix: Dünən, 20:24

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması Azərbaycan xalqı tərəfindən böyük təəssüf və kədər hissi ilə qarşılanıb, ölkəmizdə matəm elan edilib. Hazırda təyyarənin hansı səbəbədn qəzaya uğraması ilə ilə bağlı istintaq işləri davam etsə də, media və sosial şəbəkələrdə yer alan bəzi foto-video görüntülər elə ilk andan cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov qəza ilə bağlı bəzi məqamlara toxunub:“Öncə məlum təyyarə qəzasında həyatını itirən insanlara Allahdan rəhmət, yaralılara şəfa, bütün Azərbaycan xalqına səbr diləyirəm.

Məlum olduğu kimi, təyyarənin qəzaya uğraması faktı ilk andan Prezidentimizin diqqət mərkəzində olub və bununla bağlı dövlətimiz bütün zəruri addımları çevik şəkildə atıb. Qəzadan dərhal sonra Azərbaycanın səlahiyyətli qurumlarının nümayəndələri qəzanın səbəblərini araşdırmaq, habelə yaralılara kömək etmək məqsədilə hadisə yerinə ezam edilib, faktla bağlı cinayət işi açılıb. Yəqin ki, yaxın vaxtlarda istintaqın yekun rəyi bəlli olacaq və biz bundan sonra qəzanın hansı səbəbdən baş verdiyini biləcəyik.

 

Ancaq bununla yanaşı, qəza ilə bağlı yayılan çoxsaylı foto-video görüntülər də var ki, bu faktlar bizdə qəzanın hansısa səbəbdən yarana biləcəyi ilə bağlı müəyyən təsəvvürlər yaradır. Görünənlərdən belə nəticəyə gəlmək olar ki, təyyarə məhz kənar təsir nəticəsində, daha dəqiq desək Hava Hücumundan Müdafiə Qüvvələrinin atəşi nəticəsində qəzaya uğrayıb. Təyyarənin gövdəsindəki qəlpə izləri, habelə, bəzi sərnişinlərin qəzadan öncə qəlpələrdən yaralanması gerçəyi bunu iddia etməyə imkan verir. Ancaq qeyd etdiyim kimi, bütün bu iddiaların nə dərəcədə doğru olduğu istintaqın nəticəsindən sonra məlum olacaq.

 

Buna görə də, mən hər kəsi səbirli olmağa, dövlət qurumlarımız tərəfindən aparılan araşdırmaların rəsmi nəticəsini gözləməyə dəvət edirəm. Əminəm ki, xalqımız öz liderinin rəhbərliyi altında bu sınaqdan da əzmlə çıxacaq, günahkarlar müəyyən edilərək öz layiqli cəzasını alacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi