lider-media.az

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baxış: 20 Tarix: 28-12-2024, 16:43

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 45 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 234 (Cild I) ilə təsdiq edilmiş “Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası”nın 3.3-cü bəndinin ikinci abzasında “çoxillik əkmələr və dincə qoyulmuş torpaqların” sözləri “və çoxillik əkmələrin altında olan torpaqların” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 244 (Cild I) ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 15-ci hissəsinin cədvəlinin 1-ci sütunundan “(uqodiyaların)” sözü çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 360 (Cild I); 2024, № 2, maddələr 208, 229) ilə təsdiq edilmiş “Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları”nın 1-ci hissəsinin birinci cümləsinə “ehtiyat torpaq fonduna” sözlərindən əvvəl “müvafiq” sözü əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 684 (Cild I); 2024, № 9, maddə 1090) ilə təsdiq edilmiş “Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları”na 11 nömrəli əlavə - “Rayon planlaşdırma sxemi və layihəsinin əsas texniki-iqtisadi göstəriciləri”n 1-ci cədvəlinin “Göstəricilər” bölməsinin beşinci sətrində “çoxillik əkmələr, dincə qoyulmuş” sözləri “çoxillik əkmələrin altında olan torpaqlar” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 904 (Cild I) ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 9.4.6-cı və 9.4.7-ci yarımbəndləri aşağıdakı redaksiyada verilsin:

“9.4.6. torpaq sahəsinin kateqoriyası;

9.4.7. torpaq sahəsinin məqsədli təyinatı;”.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 512 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2459 (Cild I); 2024, № 3, maddə 299) ilə təsdiq edilmiş “Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının (icarəyə götürülməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə) Forması”nın 2.2-ci bəndindən “(uqodiya)” sözü çıxarılsın.

7. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 124 (Cild I); 2024, № 4, maddə 440) ləğv edilsin.

8. Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 28 ” “ dekabr ” 2024-cü il

№ 546


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi