lider-media.az

Regionlarda svetoforların iş rejimi nəzarətdə saxlanılır

Baxış: 249 Tarix: 28-12-2024, 11:17

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsi tərəfindən regionların inzibati ərazilərində quraşdırılmış svetoforların normal işləməsi, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, idarənin regional qurumları tərəfindən Ağdam, Tərtər, Bərdə, Xankəndi, Şirvan, Qəbələ, Hacıqabul, Saatlı, Sabirabad və Şamaxıda svetofor obyektlərinə texniki qulluq göstərilib, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

Təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış svetoforlarların iş rejimi xüsusi nəzarətdə saxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi