lider-media.az

DİN: Ötən gün ölkə ərazisində 49 cinayətin açılması təmin olunub

Baxış: 165 Tarix: 27-12-2024, 10:24

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 26-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
Axtarışda olduğuna görə ümumilikdə 208, o cümlədən borclu şəxs qismində axtarışda olan 165 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Dekabrın 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi