lider-media.az

Faciə ilə bağlı matəm günündə başsağlığı

Baxış: 170 Tarix: 26-12-2024, 19:20

25 dekabr tarixində Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus J2-8243 nömrəli “Embraer 190” tipli, göyərtəsində 5 nəfər ekipaj üzvü, ümumilikdə 67 sərnişin olan təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması  nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Onlardan 39 nəfər dünyasını dəyişmiş, 28 nəfər isə məxtəlif dərəcəli xəsarət alıblar.

Dəhşətli faciə ilə bağlı bu gün Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin binasında “Xatirə kitabı” açılmışdır. “Beynəlxalq Əlillər Cəmiyyəti”, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri və “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB-in sədri, Əməkdar jurnalist Zərnişan Azayeva, “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İB-in İdarə Heyəti üzvü Məlahət Abdullayeva və  ADPU-nun Baş müəllimi Səbinə Sadıqova bu gün  səfirlikdə olmuş, başsağlığı vermiş, “Xatirə kitabı”na ürək sözlərini yazmışlar. Allah dünyasını dəyişənlərə qəni-qəni rəhmət eləsin, yaralılara şəfa versin.

Bu ağır faciədə ömürləri, arzuları yarımçıq qalmış günahsız insanların ölümünə səbəb olanlar aşkarlanmalı, qanun qarşısında layiqli cəzalarını almalıdırlar. 

 

“Əlillər Dünyası” qəzetindən

26 dekabr 2024


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi