Onun dünyaya gəlməsindən cəmi 7 il əvvəl atası və digər yaxınları erməni zülmündən əziyyət çəkmişdilər. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. 1974-cü ildə məktəbi bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikumuna qəbul olunur. Bir il sonra hərbi xidmətə çağırılır və 1977-ci ildə ordudan tərxis olunduqdan sonra texnikumda təhsilini davam etdirir. 1984-cü ildə Vəzir Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə işləməyə gedir. Elə həmin şəhərdə də ailə qurur və bir oğlu dünyaya gəlir. Ailəsi ilə birgə 10 ilə yaxın Rusiyada yaşayır. 1992-ci ilin fevral ayında Ermənistan ordusu Xocalıda soyqırımı törədir. Onlarla azərbaycanlı, qadın, uşaq, qoca, hətta körpələr belə qətlə yetirilir. Bu hadisə dünyanın dörd bir tərəfində bütün azərbaycanlıları sarsıdır. Vəzir Orucov da həmin hadisədən təsirlənir. Rusiyada gənc ailəsi ilə birgə yaşamasına baxmayaraq, döyüşlərə qatılmaq və qətliam törədən düşmənlə vuruşmaq üçün Azərbaycana qayıdır. Ölkəyə qayıdan Vəzir Orucov qısa müddət sonra müharibəyə qatılmaq üçün icazə alır. Döyüşə başladığı ilk gün 4 erməni hərbçisini öldürür, birini isə əsir götürür. Qarabağda göstərdiyi şücaətlərə görə, bir müddət sonra kəşfiyyat qrupu ona həvalə olunur. Erməni hərbi birləşmələrinə qarşı bir çox əməliyyatlarda iştirak edir və düşmənin çox sayda canlı qüvvəsini məhv edir.
1992-ci ilin 29 iyununda səhər saat 4-5 radələrində Levonarx - Həsənqaya əməliyyatı başlayır. Vəzir Orucov kəşfiyyat qrupu ilə birgə xüsusi tapşırığı yerinə yetirmək üçün hərəkətə keçir. Həmin döyüşdə 87 düşmən əsgəri məhv edilir və əməliyyat uğurla başa çatdırılır. Ümumilikdə isə 1 aya yaxın davam edən döyüşlər, iyul ayının 4-dən 5-nə keçən gecə Ağdərənin azad edilməsi ilə başa çatır. Ancaq, düşmənin hücumları davam edir. Vəzir Orucov və döyüş yoldaşları hər gün yeni əməliyyat planı cızaraq, düşmənə qarşı hərəkətə keçir. Onun döyüş yoldaşları deyirlər ki, biz hücum edəndə çalışırdıq ki, düşmənə səngərin arxa tərəfindən hücum edək. Çünki qarşı-qarşıya vuruşanda onlar qaçıb mövqelərdən uzaqlaşırdılar. Vəzir planı elə hazırlayırdı ki, itkilər ya heç olmurdu, ya da az olurdu.

Vəzir döyüşlərdən birində ayağından yaralanır. Vəzirin qardaşı Dadaş Orucov həmin günləri belə xatırlayır: "Vəzir dedi ki, məni döyüş yoldaşlarımla eyni xəstəxanaya göndərmə. İstəmirəm, mənim döyüşçülərim ağrı çəkdiyimi görsünlər. Ancaq yavaş-yavaş sağalmağa başlayırdı, hələ ayağa qalxmamışdı. Elə həmin vaxtlarda dedilər ki, balaca qardaşınız Əlyar da yaralanıb". Vəzir bunu eşidəndə ilk dəfə ayağa qalxır. Hospitaldan çıxır və evinə qayıdır. Müalicəsinə ailəsinin yanında davam edir. Bu vaxtlarda Vəzirin yoxluğundan istifadə edən erməni hərbçiləri Ağdərəyə hücum edərək, oranı işğal edir. Bunu eşidən Vəzir hələ tam sağalmamış yenidən batalyona qayıdır və döyüşlərə başlayır. Erməni ordusu Vəzir və döyüş yoldaşlarının olduğu bölgələrdə uğur əldə edə bilmirdilər. Onlar artıq qorxuya düşmüşdülər. Hətta, zərərsizləşdirilən bir erməni snayperinin cibindən Vəzirin fotosu çıxmışdı. Vəzir öz döyüş yoldaşları arasında cəsarətli, mərd, istənilən çətin vəziyyətdə döyüş yoldaşlarının yanında olan və o qədər də sadə biri kimi tanınırdı. Döyüş yoldaşlarının sözlərinə görə, ona heç kəs komandir deyə müraciət etmirdi. Hətta ən yeni hərbçilər belə ona "komandir" deyə müraciət edəndə "Mənim adım Vəzirdir", - deyə cavab verirdi.
Qarabağda Vəzirlə tanış olan rusiyalı jurnalist Aleksandr Nevzorov onunla bağlı bir xatirələrindən: "Heç kəs inciməsin, ancaq, indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. Görkəminə görə seçilməyən çalsaçlı, sadə adam idi. Mən Sərsəng su anbarı dərəsində ikən orada hərbçilərin təşvişini müşahidə edirdim. Ön cəbhədən çıxarılan avtobusa minməyə çalışırdılar. Mən UAZ-a əyləşən bir nəfər gördüm. Onu işə salmağa başladı və bu UAZ hər kəsin qaçdığı yerə doğru istiqamət götürdü. O yer cəhənnəm kimi idi, 500 insan cəsədi sərilmişdi. Həmin yerdə partlayışlar olur, güclü yanğınlar baş verirdi. Ermənilər ora hücuma keçmişdi. Mən gördüm ki, bu insan ora getməyə hazırlaşır. Mən ona dedim ki, ağlını itirmisən? Hara gedirsən? Cavab verdi ki, orada yaralılar var. Çətin idi... Bir yerdə getdik əlbəttə ki. Orada ermənilər tərəfindən tutulan Pskov desantçıları vardı. Bizi güllələməyə hazırlaşırdılar. Pskov desantçıları məni tanıdılar və dedilər gəl bizim tərəfə keç. Mən dedim ki, heç bir problem yoxdur. Onlar dedilər ki, bu azərbaycanlı ilə nə edəcəyik? Mən dedim ki, necə yəni nə edəcəyik, buraxın getsin. Onlar mənimlə razılşadılar və zəncirvari şəkildə Vəziri bir-birinə ötürdülər və dedilər ki, indi bu azərbaycanlı qaçacaq, amma siz ona atəş açmayın. Vəzir, vurulan UAZ-a yaxınlaşdı. Uzun müddət nəsə axtardı və avtomatını çıxardı. Çevrilib mənim əlimi sıxdı və qaçmadı, sadəcə yeridi. Elə gedirdi ki, Şekspirin heç bir qəhrəmanı elə yeriyə bilməzdi. O kürəyini çevirib, gedirdi və göstərirdi ki, bax budur, hədəfəm, amma mən qaçmayacağam. Oradakı hərbçilər havaya atəş açmağa başladılar, ancaq Vəzir addımlarını sürətləndirmədi".
Vəzirin sonuncu döyüşü Ağdərə rayonunun "Qlobus" yüksəkliyi uğrunda olur. 22 mart 1993-cü ildə başlayan həmin döyüşdə Vəzir mövqeyini dəyişdiyi vaxtda erməni snayperi tərəfindən vurularaq şəhid edilir. Vəzir Orucov Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. 2015-ci ildə Tərtər şəhərindəki Veteranlar bağında Vəzir Orucovun büstü ucaldılmışdır. Həmin il iyul ayının 3-də isə Tərtər şəhərində Vəzir Orucovun adına küçə verilmişdir.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb