Azərbaycanın pis günündən istifadə edənlər - Politoloq işfa etdi
“İnsan nə qədər mənəviyyatsız, əqidəsiz, mənfəətçi olsun ki, ölkənin birmənalı üzüldüyü təəssüf hissi keçirdiyi bir hadisəni öz şəxsi maraqları ya da daha açıq deyək xidmət etdiyi ağalarının maraqlarına uyğun şərh etməyə çalışsın”.
Lider-media.az xəbər verie ki, bunu politoloq Turan Rzayev deyib.
"Sapı özümüzdən olan baltalar", Əli Kərimli, Gültəkin Hacıbəyli, Mehman Hüseynov, Qiyas İbrahimov, Nurlana Cəlil və bu qəbildən olanlar AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsinin Aktauda təcili eniş edən zaman qəzaya uğramasını məqsədyönlü şəkildə fərqli təsvir etməyə çalışır.
Müqayisə üçün deyim ki, Ermənistanın Baş naziri Nikol Paşinyan belə hadisə ilə əlaqədar Azərbaycana başsağlığı verib. Adını çəkdiyim şəxslər isə bu günə qədər leksikonumuzda təhqir kimi düşən ermənidən daha aşağı səviyyədə olduqlarını bir daha isbatladılar.
Digər tərəfdən bu şəxslər cahilliyin son həddindədirlər. Necə bir təfəkkürdə, ya da zehniyyətdə olasan ki, baş verən təyyarə qəzasını sərhədlərin bağlı qalması ilə əlaqələndirəsən. Bu adamlar elə bilirlər ki, quru sərhədlər açıq olanda təyyarə reysləri həyata keçirilmir və belə qəzalar olmur.
Təyyarə qəzaları dünyanın hər yerində olur. Böyük dağıntı və itkilərlə səbəb olan təbii fəlakətlər zamanı bütün siyasi ambisiyalar kənara qoyulur, hər bir ölkə maddi və mənəvi dəstəyi ilə zərər çəkmiş tərəfə kömək göstərməyi özünə borc sayır. İnsanların emosional hissləri ilə oynayan bu şəxslər isə tutduqları mövqe və paylaşımları ilə bir daha öz əsl mahiyyətlərini üzə çıxarır.
Bir daha qeyd edim ki, məsələnin quru sərhədləri ilə heç bir əlaqəsi yoxdur və təəssüflər olsun ki, dünyanın hər yerində belə qəzalar baş verir. Lap sərhədlər açıq olsaydı belə hər gün avtobus və minik avtomobilləri ilə də çoxsaylı qəzalar baş verir.
Ar olsun sizlərə!”