lider-media.az

Paşinyanın korona oyunu - Əslində olanlar

Baxış: 248 Tarix: 25-12-2024, 23:35

“Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitinə koronovirusa "yoluxduğunu" bəhanə edərək qatılmadı”.

Lider-media.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Bir neçə gün bundan əvvəl, Moskvada Avrasiya ittifaqınin sammitində V. Putin N. Paşinyanla görüşmədi. Göründüyü kimi N. Paşinyan buna cavab olaraq Sankt-Peterburqa getməməklə cavab verdi. Ermənistan Rusiyanın dominant olduğu təşkilatların tədbirlərinə getdikcə qatılmadan imtina edir. KTMT tədbirlərindən imtina edib. MDB baykot edir. Avrasiya İttifaqının sammitinə məhz öz iqtisadi maraqlarını təmin etmək üçün qatılır. 

Ermənistan Baş naziri Rusiyanın moderator olduğu KTMT, MDB və Avrasiya İttifaqından çıxacaq. Bunun üçün ilk növbədə 2026-ci ildə növbəti dəfə seçkilərdə qalib gəldikdən sonra bu addımı atması mümkündür. Təbii ki, Ermənistan rəhbərliyi ilk növbədə Rusiyanın Ukraynada məğlubiyyətini və Azərbaycanla sülh müqaviləsinin bağlanmasını gözləyir”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi