lider-media.az

Qəzadan sağ çıxan sərnişin danışdı: Pilotlar nələr edib?

Baxış: 405 Tarix: 25-12-2024, 16:01

Aktauda qəzaya uğrayan təyyarənin sərnişini qəza barədə danışıb.Bu barədə Teleqram kanalları yazıb.Özünü Subxonkul olaraq təqdim edən 48 yaşlı kişinin dediyinə görə, təyyarə 2-3 dəfə eniş etməyə çalışıb, lakin bunu edə bilməyib, bu hadisə Qroznı yaxınlığında baş verib.Daha sonra o və digər sərnişinlər bir partlayış səsi eşidiblər, amma partlayışın nə və harada baş verdiyini anlamayıblar. Bundan sonra təyyarə başqa istiqamətdə uçmağa başlayıb:“Pilot sağ olsun, öz manevri ilə bizi xilas etdi. Əgər o olmasaydı, biz hamımız həlak olardıq. Təyyarənin quyruq hissəsi dağılıb”.Subxonkul bildirib ki, oksigen maskaları düşəndə, onlarda oksigen, demək olar ki, yox idi. O, arxa oturacağa keçib və başqa maska götürüb. Həmçinin onun sözlərinə görə, təyyarə yerə düşməzdən əvvəl bir müddət dövrə vurub. Subxonkul bildirir ki, onun ətrafında oturan hər kəs sağ qalıb.

Möcüzə nəticəsində zərər görməyən Subxonkul hazırda güclü baş ağrılarından əziyyət çəkir. O, Yekaterinburqda yaşayır, Qroznıya işləri ilə əlaqədar gedirmiş və Bakı üzərindən transit edb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi