lider-media.az

Prezident İlham Əliyev təyyarədə olarkən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib

Baxış: 136 Tarix: 25-12-2024, 13:48

Prezident İlham Əliyev təyyarədə olarkən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Telefon danışığı əsnasında Prezident İlham Əliyev bu gün Azərbaycan Hava Yolları şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edə bilməyəcəyini və geri dönmək haqqında qərar qəbul etdiyini bildirib.Dövlət başçıları sıralarında Azərbaycan, Rusiya və digər ölkələrin vətəndaşlarının yer aldığı təyyarə qəzası ilə əlaqədar bir-birilərinə və həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlıqlarını ifadə edib və xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi