lider-media.az

Meşə ərazilərində bir gündə 21 mindən artıq ağac əkilib

Baxış: 161 Tarix: 25-12-2024, 12:02

24 dekabr 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ölkə üzrə genişmiqyaslı meşəbərpa tədbirləri keçirilib və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilib.

Prezident İlham Əliyevin ətraf mühitin mühafizəsi, yeni yaşıllıqların salınması və artırılması, iqlim dəyişikliyi ilə mübarizə sahəsində apardığı siyasətə, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən yaşıllaşdırma işlərinə töhfə vermək məqsədilə gün ərzində Xaçmaz, Şabran, Sabirabad, Bərdə, Şamaxı, Zaqatala, Şəki, Qax, Qəbələ, Masallı, Lənkəran, Qazax, Şəmkir, Beyləqan və Göygöl rayonlarının ümumilikdə 13 hektar meşə fondu torpağının açıq və seyrək ərazilərində 21 mindən artıq Eldar şamı, Şərq çinarı, göyrüş, dəmirağacı, palıd və cökə tingləri əkilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi