Dekabrın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin Öz Orman-İş Sendikasının sədri Səttar Aslanla görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə qardaşlığından, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov vurğulayıb ki, Türkiyə və Azərbaycanın münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanaraq bütün sahələrdə möhkəm təməllər üzərində qurulub. Münasibətlərimizin sosial və əmək hüquqları sahəsində də sıx əməkdaşlıqla gücləndiyini diqqətə çatdıran Konfederasiya sədri Öz Orman-İş Sendikası ilə uzunmüddətli tərəfdaşlığın yüksək qiymətləndirildiyini qeyd edib.
Görüşdə digər sahələrdə olduğu kimi, meşə sahəsində çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının qorunmasının önəmi diqqətə çatdırılıb. Bildirilib ki, atacağımız hər bir addım, həm işçilərimizin rifahına, həm də Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsinə xidmət edəcək.
Öz Orman-İş Sendikasının sədri Səttar Aslan ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin bütün sferalara müsbət təsirini qeyd edib. Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında münasibətlərin inkişafını diqqətə çatdıran Səttar Aslan bu baxımdan qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin önəmini vurğulayıb. Sendika sədri işçilərin maraqlarının müdafiəsi, əmək hüquqlarının qorunması istiqamətində əməkdaşlığı dərinləşdirmək üçün səylər göstərəcəklərini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.





ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov BHİK-nın baş katibi ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident İlham Əliyev Fərman imzaladı
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?