lider-media.az

Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? Pokitoloq açıqladı

Baxış: 47 Tarix: 23-12-2024, 23:49

“Türkiyə xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Annalena Berbokla görüşdə deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb. Fidan qeyd edib ki, üçüncü tərəflər də sülh sazişinə dəstək verməlidirlər”.

Lider-media.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib. 

“Türkiyəli nazirin indiki məqamda səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi davam edir. Ciddi uğurlar əldə edilsə də, 2024-cü ilin sonlarına yaxın prosesdə müəyyən səngimə hiss olunur. Xüsusilə İrəvanın xaricdən silah tədarükünü artırması, Avropa İttiaqı, Fransanın humanitar yardım adı altında Ermənistana maliyyə yardımı ayırması prosesi uzatdığı kimi eskalasiya riskini də artırır.

Əslində, Azərbaycanın prosesə yanaşması daha çox Ermənistanla ikili danışıqların davam etməsi yönündədir. Lakin Türkiyə istisna ölkə ola bilər. Ankaranın bu prosesə marağı və üçüncü tərəf kimi sülhdə iştirakı mümkündür. Belə ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşma prosesi də birbaşa Bakı-İrəvan sülhündən asılıdır.

2025-ci ildə Türkiyənin vasitəçiliyi ilə prosesin həllinə dair ümidlər var. Əslində Türkiyənin prosesdəki varlığı Fransa kimi destruktiv mövqeli ölkələrin geri addım atması baxımından vacibdir. Bakı Parisi bloklamaq üçün Ankaranın prosesdəki varlığından məmnundur. Digər tərəfdən, Türkiyə də tərəflərin ikitərəfli danışıqlar aparmasından maraqlıdır. Yəni Hakan Fidanın səsləndirdiyi təkliflər zərurət yaranarsa həyata keçirilə bilər”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi