Türk xalqlarının qatı düşməni olan mənfur erməni daşnakları son 200 ildə xalqımıza qarşı vəhşiliklər törətmiş, şəhər, qəsəbə və kəndlərimizi xarabalığa çevirmiş, günahsız insanlar qan gölündə boğulmuşdur. Bir sözlə, haylar Cənubi Qafqazda həmişə sabitliyi pozmuş, öz mənfur niyyətlərini reallaşdırmağa çalışmışlar.Daşnak quldurlar XX əsrin sonlarında daha da azğınlaşmış xaricdəki havadarlarının dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına almışlar. Birinci Qarabağ savaşında silaha sarılıb düşmənə qarşı igidliklə vuruşan Vətən oğullarından biri də Ələkbər Əliyev olmuşdur. Onun ömür yoluna qısaca da olsa nəzər yetirək.
Ələkbər Həsən oğlu Əliyev 22 dekabr 1955-ci ildə Azərbaycanın cənnət məkanlarından olan, min bir sərvətli Qubadlı rayonunun İşıqlı kəndində dünyaya göz açmışdır. O, 1972-ci ildə Muradxanlı kənd orta məktəbini bitirmiş, sonra Sumqayıt Politexnik Texnikumuna daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra iki il ordu sıralarında xidmət etmiş, hissə komandanlığı tərəfindən dəfələrlə valideynlərinin ünvanına razılıq məktubları gəlmiş, qol saatı ilə mükafatlandırılmışdır.
Ələkbər ordudan tərxis olunduqdan sonra Qubadlı rayonundakı Kimya Birliyində çalışmış, kollektivin hörmətini qazanmışdır. Ələkbər bir müddət sonra doğma kəndlərinə qayıtmış, əməyin qulpundan yapışmış, kənd sakinlərinin istəyi ilə sovxoz direktorunun müavini vəzifəsinə təyin olunmuşdur.
Erməni daşnakları ötən əsrin 90-cı illərinin əvvəllərində Qubadlı rayonuna da fasiləsiz hücumlara başladı. Onlar dinc əhaliyə qarşı olmazın vəhşiliyini törədir, hər tərəfə güllə yağışı yağdırırdılar. Vətənin başını qara buludlar alanda Qubadlının digər cəsur oğulları kimi Ələkbər də ölüm-dirim savaşına qoşuldu. Bir çox döyüş əməliyyatlarının uğurla başa çatmasında şəxsi igidlik göstərdi. Heç vaxt ölümündən qorxmadı.
Birinci Qarabağ savaşında Ələkbər özünümüdafiə dəstəsi yaradaraq doğma torpağın müdafiəsində, odlu səngərlərdə əsl qəhrəman kimi vuruşurdu. Ələkbərin şəxsi igidliyi sayəsində qaranlıq bir gecədə pusquda durmuş ermənilər tələyə düşdü, onlar pərən-pərən düşüb qaçmağa üstünlük verdilər. Bir neçə nəfər əsir götürüldü, düşmənin hərbi texnikası ələ keçirildi. Laçın torpaqlarının azad olunması Ələkbərin ən böyük arzusu idi. İgid döyüşçü Türklər, Səfiyan, Suarası kəndlərində gedən döyüşlərdə ermənilərə sarsıdıcı zərbələr endirdi, onlarla düşməni məhv etdi.
...7 avqust 1992-ci il Laçın rayonunun Suarası kəndində ağır döyüşlər gedirdi. Düşmən geri çəkilmək istəmirdi. Bu ağır döyüşlərdə Ələkbərgilin dəstəsi qəflətən mühasirəyə düşdü. Ələkbər əsgərlərimizi xilas etmək üçün əlbəyaxa döyüşlərə girişdi. Onlarla erməni quldurunu məhv etsə də döyüşlərdə qəhrəmancasına həlak oldu. Son mənzili Bakı şəhərindəki Şəhidlər xiyabanı oldu. Dörd övladı yadigar qaldı. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli Fərmanı ilə Ələkbər Həsən oğlu Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.
Qubadlının qartal oğlu, rəşadətli döyüş yolu keçən Ələkbər Əliyevin adı əbədiləşdirilmişdir. Bakı şəhərinin Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.
Ələkbərin ən böyük arzusu Qubadlının işğaldan azad olunması idi. Qüdrətli Azərbaycan əsgərlərinin rəşadəti sayəsində 2020-ci ildə Qubadlı erməni işğalçılardan təmizləndi. Tezliklə köç karvanları qəribsəmiş yurd yerlərinə dönəcək, qubadlılılar Ələkbərin adını daim qəlblərində yaşadacaqlar.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
HÜSEYN ƏLİXANOV: QƏLƏBƏYƏ APARAN YOL
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb