lider-media.az

Politoloq: “ Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir”

Tarix: 21-12-2024, 23:10

“Baş nazir Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində “Fələstin və Livanda vəziyyət” adlı xüsusi sessiyada çıxışında bölgədəki gərgin situasiyanın dərin narahatlıq doğurduğunu bildirib”.

Lider-media.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib.

“Əsədov deyib ki, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb:

“İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir.

Azərbaycan Fələstindəki qardaş və bacılarımıza maddi yardım göstərmək üçün hər zaman səy göstərib. Ölkəmiz bu böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırıb”.

Baş nazirin bu sözləri prinsipcə Azərbaycanın Fələstin və Livandakı vəziyyətə real baxışıdır.

Təəssüf ki, Azərbaycanın Yaxın Şərq siyasəti bir çox hallarda düzgün qiymətləndirilmir. Hətta buna görə cənub qonşumuz İran əsassız olaraq ittihamlar səsləndirilir. Rəsmi Bakı münaqişələrin həllində hər zaman beynəlxalq hüququ və diplomatiyanı əsas götürür. Azərbaycan digər münaqişələr kimi, Fələstin məsələsində də bu prinsipi əsas götürür.

Baş nazirin dediklərindən bir daha aydın olur ki, Azərbaycan Yaxın Şərq regionunu izləyir, zəruri vəziyyətdə humanitar yardımlar edir. İsrailin Qəzzada HƏMAS-a, Livanın cənubunda “Hizbullah”a qarşı keçirdiyi əməliyyatlar antiterror olsa da, Təl-Əvivin tətbiq etdiyi metodlar müharibə cinayətlərinə gətirib çıxarır. Müqayisə üçün deyim ki, Azərbaycan da Qarabağda lokal xarakterli antiterror əməliyyatları həyata keçirib, lakin mülki şəxslərin zərər görməməsi üçün bütün tədbirləri alıb.

İsrail Azərbaycanın strateji tərəfdaşı olsa da, ölkəmiz müsəlman coğrafiyasının mühüm parçasıdır. Azərbaycan İsrailin özünün təhlükəsizliyini qoruma haqqına hörmət etsə də, dindaşlarının da haqsız ölümünə səssiz qalmır. Eyni şəkildə rəsmi Bakı Yaxın Şərqdə din əsaslı silahlı mübarizəni, habelə “cihadçılıq”, radikal islamı ideologiyaları da dəstəkləmir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi