lider-media.az

Polis Akademiyası hüquq olimpiadasında qalib oldu

Baxış: 2 517 Tarix: 21-12-2024, 20:37

DİN-in Polis Akademiyasının kursantları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən “Qalib Azərbaycan” adlı 2-ci Hüquq Olimpiadasında iştirak ediblər. 

DİN mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, olimpiada, Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı, "Kəngərli və Partnyorları" Vəkil Bürosunun təşkilati dəstəyi ilə keçirilib. 

Elmi hüquqi bilikləri əhatə edən yarışmada müxtəlif ali təhsil müəssisələrinin tələbə və kursantları birincilik uğrunda mübarizə aparıblar. Polis Akademiyasının kursantları bütün mərhələlərdə sahəvi sualların cavablandırılmasında birincilik nümayiş etdirməklə olimpiadanın qalibi olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi