lider-media.az

Agentliyin media savadlılığı ilə bağlı onlayn kursu istifadəyə verildi

Tarix: 21-12-2024, 12:47

Agentliyin media savadlılığı ilə bağlı onlayn kursu istifadəyə verildi

"Media Savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən "medialiteracy.media.gov.az” platformasında onlayn kurs hazırlanıb.Bu barədəMEDİA-dan məlumat verilib.Qeyd olunb ki, rəqəmsal dövrdə məlumatın sürətli yayılması, informasiya mühitinin mürəkkəbləşməsi istər sosial şəbəkələrdə, istərsə də ənənəvi mediada yaradılan və ötürülən məlumatların təhlilini zəruri edir, media savadlılığı bacarıqlarının mənimsənilməsini daha da aktuallaşdırır.Bu baxımdan, onlayn kursda iştirakçılar informasiya alətlərindən doğru istifadə üçün bir sıra təməl anlayışlar və sorğulayıcı yanaşma formalaşdıran əsas sual və konsepsiyalarla tanış edilir.

Hədəf auditoriya nəzərə alınmaqla sadə müraciət forması ilə təchiz edilmiş onlayn kurs “Media savadlılığı ilə bağlı anlayışlar”, “5 əsas konsepsiya və 5 əsas sual”, “Rəqəmsal dövrdə media savadlılığı” kimi bölmələri və daha detallı altbölmələri ehtiva edir.Kurs daxilində “Media savadlılığı niyə önəmlidir?”, “İnformasiyanın istehsalçısı və istehlakçılarına yönəlmiş 5 əsas sual”, eləcə də “Saxta məlumatların aşkarlanması üçün alət və texnikalar” adlı videomateriallar, “Media savadlılığı ilə bağlı bələdçi” yer alıb.

Onlayn kursun media savadlılığı ilə bağlı ilkin anlayış və yanaşmaların mənimsənilməsini, bu istiqamətdə əsas konsepsiyalarla tanışlığı, informasiya qəbulu prosesində doğru sualların verilməsi vərdişinin formalaşdırılmasını hədəflədiyi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi