lider-media.az

FHN-in İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

Baxış: 98 Tarix: 21-12-2024, 10:54

Tədbirdə il ərzində komandaları idman yarışlarında fəal iştirak etmiş və mükafat qazanmış FHN-in struktur bölmələrinin rəhbərləri və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatlarında yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə, tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək 2024-cü ildə Nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlar barədə məlumat verib.

Sonra FHN-in 2024-cü ildə keçirilmiş idman tədbirlərində komandaları yüksək nəticələr göstərmiş qurumları İdman-sağlamlıq klubunun təsis etdiyi müvafiq dərəcəli kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, əldə olunan yüksək nəticələrə görə bir sıra qurum rəhbərlərinə xatirə hədiyyəsi təqdim edilib.

Tədbirdə FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlığa görə media nümayəndələri də təltif olunublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi