lider-media.az

DİN: Ötən gün ölkə ərazisində 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub

Baxış: 32 Tarix: 21-12-2024, 10:00

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 20-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
Axtarışda olduğuna görə ümumilikdə 152, o cümlədən borclu şəxs qismində axtarışda olan 131 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Dekabrın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi