lider-media.az

Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib

Baxış: 173 Tarix: 20-12-2024, 09:53

Dünyanın bir çox qabaqcıl hərbi akademiyalarında təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük nailiyyətlərə imza atmağa davam edirlər.
Beynəlxalq hərbi təcrübənin mənimsənilməsi,  peşəkar kadr heyətinin bilik və bacarıqlarının daha təkmilləşdirilməsi məqsədilə hərbi qulluqçularımız inkişaf etmiş ölkələrin müasir təhsil müəssisələrində müxtəlif kurslara cəlb olunur.
Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Sənan Əsədov İngiltərənin Sandhurst Kral Hərbi Akademiyasında keçirilən "Kiçik zabitlərin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi kursu”nu müvəffəqiyyətlə başa vurub.
Hərbi qulluqçumuz təhsildə qazandığı yüksək nailiyyətə görə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi