lider-media.az

Baş nazir Əli Əsədov Qırğızıstanın yeni təyin olunmuş Baş nazirini təbrik edib

Baxış: 130 Tarix: 19-12-2024, 14:14

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Adılbek Kasımaliyevə Qırğız Respublikası Nazirlər Kabinetinin sədri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda Azərbaycan ilə Qırğızıstan arasında ümumi tarixi köklər və mənəvi dəyərlər üzərində qurulmuş ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq bildirilib.Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının artan xətt üzrə səmərəli şəkildə inkişaf edəcəyinə, yeni məzmun və birgə layihələrlə zənginləşəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda iki ölkənin qardaş xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələr üzrə daha da inkişaf etdirilməsi üçün fəal işbirliynə hazırlıq ifadə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi