lider-media.az

Məleykə Abbaszadə: Mütəxəssislər müəyyən təcrübə topladıqdan sonra dövlət qulluğundan özəl sektora keçirlər

Baxış: 248 Tarix: 19-12-2024, 11:51

Sektor və ya şöbə müdirləri müəyyən mərhələyə çatanda, eləcə də kifayət qədər təcrübə topladıqdan sonra dövlət qulluğundan çıxıb özəl sektora keçir.

Lider-media.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

M.Abbaszadə DİM-dən nümunə gətirərək bu il iki şöbə müdirinin özəl sektora keçdiyini diqqətə çatdırıb:

"Bu da təbii ki dövlət qulluğunda alınan əməkhaqqı ilə müqayisədə yüksək məbləğlə əlaqəlidir. Özəl sektor artıq dövlət qurumlarında çalışan püxtələşmiş mütəxəssisləri işə cəlb etməyə qadirdir. Bəlkə də bu kimi addımların nəticəsində gənclərin dövlət qulluğuna müraciəti azalacaq. Özəl sektor hazır kadrları istəyir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi