lider-media.az

Beyləqanlı gənc idmançı Fəxri Fərmanla təltif edilib

Baxış: 211 Tarix: 19-12-2024, 11:35

470205706_122177711312308513_6262904157212232104_n.jpg
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Gürcüstanda keçirilən Alpaqut idman növü üzrə Dünya Çempionatında yüksək nəticə əldə edərək I yerə laiq görülən beyləqanlı idmançı Fərəcov Nizami Nihal oğlunu qəbul edib.Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov gənc idmançını təbrik edərək əldə etdiyi nəticənin ölkəmizin idman sahəsindəki yüksək inkişafını və Alpaqut idmanının Azərbaycan daxilindəki mövqeyini bir daha təsdiqlədiyini diqqətə çatdırıb.
 Rayon rəhbəri göstərdiyi əzmkarlığa görə gənc idmançını təbrik edib,onun gələcək yarışlarda daha yüksək nəticələr əldə edəcəyinə inandığını bildirib.
 Qeyd edirik ki, rayon rəhbəri idmançının bu yarışda iştirakına maddi cəhətdən dəstək olmuşdur.İdmançının müəllimi və valideyni idmançılara, eləcə də Nizami Fərəcova göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 Sonda Fərəcov Nizami Nihal oğluna Beyləqan Rayon İcra Hakimiyyyətinin Fəxri Fərmanı və hədiyyəsi təqdim edilib.
Beyləqanlı gənc idmançı Fəxri Fərmanla təltif edildi.
Beyləqanlı gənc idmançı Fəxri Fərmanla təltif edildi.
Beyləqanlı gənc idmançı Fəxri Fərmanla təltif edildi.
Beyləqanlı gənc idmançı Fəxri Fərmanla təltif edildi.
Beyləqanlı gənc idmançı Fəxri Fərmanla təltif edildi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi