lider-media.az

Taleh Qaraşov növbəti səyyar qəbulunu Vilvan kəndinin sakinləri ilə keçirib

Baxış: 7 Tarix: 18-12-2024, 16:07

Dekabrın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Vilvan kəndinin sakinləri ilə keçirilib. Görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Taleh Qaraşov Vilvan kənd inzibati ərazi dairəsinin sakinləri ilə cari ildə sayca ikinci səyyar qəbulun keçirildiyini bildirib və ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşıldığını qeyd edən icra başçısı cənab Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq keçirilən səyyar görüş-qəbulların bu baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Səyyar qəbulda yerli insanları narahat edən şəxsi və ümumi problemləri dinləyən Taleh Qaraşov aidiyyəti üzrə tapşırıq və göstərişlərini verib.Vilvan kəndinin əhalisi onları narahat edən problemləri rayon rəhbərliyinə birbaşa, maneəsiz və sərbəst şəkildə çatdırıblar.

Yerli insanlar ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinə, regionlarda sürətli inkişaf dinamikasına nail olunmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi