lider-media.az

Növbəti ağacəkmə aksiyası keçirilib

Baxış: 241 Tarix: 18-12-2024, 12:56

Beynəlxalq Miqrant Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Hər iki qurumun rəsmilərinin və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə tədbirləri davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi