DİN: Ötən gün ölkə ərazisində 60 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 17-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 155, o cümlədən borclu şəxs qismində axtarışda olan 129 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
Dekabrın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.