lider-media.az

Moldova Prezidenti Azərbaycanın diaspor rəhbərini “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edib

Baxış: 250 Tarix: 17-12-2024, 18:23

Moldova Prezidenti Maya Sandu ölkə qarşısında xüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə bir sıra şəxslərə fəxri adlar, medallar təqdim edib.

Lider-media.az Moldova Prezidentinin saytına istinadla xəbər verir ki, təltif olunanlar arasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da var. Moldova Prezidenti Maya Sandu Elçin Bayramovu “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edib. Soydaşımız ikitərəfli əlaqələrin inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə bu medalla təltif olunub.

“Moldova-Azərbaycan dostluğu və əməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəal iştirakına görə Moldova Respublikası Azərbaycanlılar Konqresinin prezidenti Elçin Bayramov “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edilib”, - deyə qərarda vurğulanıb.

Prezident Maya Sandu tədbirdə çıxışı zamanı bildirib ki, Moldova təltif olunanların işini yüksək qiymətləndirir.

“Biz sizin gündəlik işinizi yüksək qiymətləndiririk. Bunu qüsursuz etməkdən yorulmayın. Yalnız sizin kimi insanlarla biz cəmiyyəti birləşdirə bilərik, ancaq sizin kimi insanlarla cəmiyyətimizin, ölkəmizin qayğısına qala bilərik”, - deyə dövlət başçısı vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi