lider-media.az

FHN-in Aran Regional Mərkəzi silsilə müşavirələr keçirib

Baxış: 49 Tarix: 17-12-2024, 15:05

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax, Mingəçevir və Naftalan Şəhər, AğdaşGoranboyGöyçayKürdəmirUcar və Zərdab Rayon İcra hakimiyyətlərində “2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Tədbirlərdə FHN Aran Regional Mərkəzinin, yerli icra hakimiyyətlərinin, eyni zamanda özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.

Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirlərdə çıxış edənlər keçirilən müşavirələrin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Müşavirələrdə Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb. Tədbirlərdə, həmçinin fövqəladə hadisələrlə bağlı davranış qaydalarına dair videoçarxlar nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi