lider-media.az

Mingəçevirdə sağlamlığına ağır xəsarət yetirilən şəxsin müalicə olunduğu xəstəxanada ölməsi faktı üzrə cinayət işi başlanıb

Baxış: 278 Tarix: 16-12-2024, 18:01

  Dekabrın 16-sı Mingəçevir şəhəri ərazisində 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənlinin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

  Araşdırmalarla 1990-cı il təvəllüdlü Elvin Rüstəmovun dekabrın 15-i şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. 

  Elvin Rüstəmov iş üzrə şübhəli şəxs qismində tutulub.

  Hazırda ibtidai istintaq davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi