lider-media.az

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Baxış: 197 Tarix: 13-12-2024, 18:13

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşüb.

Seymur Adıgözəlov qaliblərlə ölkəmizdə yaradılmış sənaye zonalarında beynəlxalq və yerli tərəfdaşlarla iş, effektiv idarəetmə, komanda quruculuğu, çevik qərar qəbuletmə mexanizmləri və s. barədə təcrübəsini bölüşüb. Gənclərin ixtisaslaşdıqları istiqamətlər, maraq dairələri ilə bağlı fikirləri dinlənilib.

Görüşdə qaliblərin fərdi inkişaf planında nəzərdə tutulan məsələlərə dair müzakirə aparılıb, onların inkişaf hədəflərinə uyğun tövsiyələr verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi