lider-media.az

Sabirabadda Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Kampaniya çərçivəsində maarifləndirici təlim keçirilib

Tarix: 13-12-2024, 17:45

Sabirabad rayon Gənclər Evində Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyi tərəfindən Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Kampaniya layihəsi çərçivəsində qadınlar və qızlar arasında gender bərabərliyi və məişət zorakılığı haqqında maarifləndirməni artırmaq, onları məişət zorakılığı halları baş verdikdə müraciət edə biləcəkləri dövlət qurumları, mövcud qaynar xəttlər, resurs mərkəzləri və digər mövcud resurslar barədə maarifləndirici təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlamış, gender bərabərliyi və qadına qarşı zorakılıq, ətraf mühit amillərinin qadın və qızların həyatına təsiri və zorakılıq halları ilə mübarizə üzrə mövcud müdafiə və dəstək mexanizmi haqqında məlumat vermişdir.

Həmçinin təlimdə təhsilə çıxış hüququ, erkən nikah, bullinqlə mübarizə, gender əsaslı ayrı-seçkilik və zorakılığa şərait yaradan sosial normaların transformasiyasının zəruriliyi və məktəblərin bu prosesdəki rolu haqqında müzakirələr aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi