lider-media.az

Firudin Qurbanov Qusar şəhəri 6 nömrəli tam orta məktəbdə olub

Baxış: 296 Tarix: 13-12-2024, 15:38

Dekabrın 13-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar şəhəri Tofiq İsmayılov аdına 6 nömrəli tam orta məktəbdə olub. 
 

Naqzirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə söhbət aparıb, onların təkliflərini dinləyib. 
 

Təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddət ərzində əldə edilən nailiyyətlər, tədris metodları barədə məlumat verən direktor Kəmalə Sadıxova qeyd edib ki, hazırda təhsil ocağında 1122 şagird təhsil alır və 84 nəfərdən ibarət pedaqoji heyət fəaliyyət göstərir. Bildirilib ki, təhsil müəssisəsində yaradılmış icmaəsaslı məktəbəqədər təhsil qrupunda 24 uşaq təhsilə cəlb edilib. 
 

Məktəbin kitabxanasına da baxış keçirən nazir müavini Firudin Qurbanov kitabxananın şagirdlərin oxu tələblərinə uyğun olaraq yenidən təşkil edilməsi ilə bağlı göstəriş verib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi