lider-media.az

Şirvanda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilir

Baxış: 79 Tarix: 12-12-2024, 20:40

Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İH başçısı yanında Şuranın üzvləri, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəsissələrin rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Abidə ziyarət olunduqdan sonra tədbir iştirakçıları Şirvan Şəhər Heydər Əliyev Mərkəzini ziyarət edib,  Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponantlarla tanış olublar.

Şirvan şəhərində yerləşən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri gün ərzində şəhərin mərkəzi meydanınında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edir, abidə önünə gül dəstələri düzür, unudulmaz xatirəsinə ehtiramlarını ifadə edirlər.


Rasim Nəhmədov,

Şirvan şəhəri.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi