lider-media.az

HHQ-də voleybol üzrə birincilik keçirilib

Baxış: 99 Tarix: 12-12-2024, 16:58

2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) hərbi qulluqçular arasında voleybol birinciliyi keçirilib.
Birinciliyin açılış və bağlanış mərasimlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər qalib komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında bu cür idman yarışlarının əhəmiyyətini xüsusi vurğulayıblar.
Bildirilib ki, HHQ-nin müxtəlif hərbi hissələrini təmsil edən komandalar birincilikdə inamla mübarizə aparıblar.
Maraqlı keçən yarışlar nəticəsində qalib komandalar mükafatlandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi